Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İran İslam Respublikasının Ərdəbil əyalətində fəaliyyət göstərən “Muğan” əkinçilik, sənaye və heyvandarlıq şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri, fitosanitar və baytarlıq karantin tələbləri, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, bitkiçilik və baytarlıq məhsullarının ölkəmizə idxalı və ixracı prosedurları haqqında məlumat verilib.
Sonda bitkiçilik məhsulları və heyvandarlığın inkişaf etdirilməsi istiqamətində maraq doğuran məsələlər müzakirə olunub.