Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Cənubi Qafqaz üzrə Portfel Meneceri Anya Valdraffın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq İqIim Təşəbbüsü (İKİ) çərçivəsində "Şərq Tərəfdaşlıq Proqramı"na üzv ölkələrdə “Yaşıl Sövdələşməyə Hazırlığın Təşviqi (ProGRess)" layihəsi çərçivəsində görüş keçirilib. Foodinfo.az-ın xəbərinə görə, görüşdə hazırlanmaqda olan və 5 il icra müddəti planlaşdırılan yeni layihənin fəaliyyət çərçivəsi və məqsədi barədə məlumat verilib. Görüş zamanı layihənin konsepsiyasının Azərbaycanda hazırlanacağı diqqətə çatdırılıb və layihə çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.