Azərbaycan Respublikasının Qida Təhlükəsiziliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar müşahidələri davam etdirir. AQTA əməkdaşları növbəti belə müşahidələri Gəncə və Biləsuvarda həyata keçirib.
Agentlik mütəxəssisləri tərəfindən Gəncə şəhərinin Hacıkənd qəsəbəsində yerləşən ümumilikdə 2.7 ha ərazidə olan alma bağlarına baxış keçirilib. Müşahidələr zamanı qismən qurumuş, orta gövdəli alma ağaclarının müxtəlif xəstəlik və zərərvericilərlə sirayətlənməsi aşkarlanıb. Daha çox mənənələr və gənələrə rast gəlinib. Bağ sahibləri bitkilərə qulluq, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, o cümlədən kimyəvi preparatlardan istifadə zamanı təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılıb.
Agentliyin əməkdaşları digər fitosanitar müşahidələri Biləsuvar rayonunda yerləşən nar bağlarında aparıblar. Monitorinqlər zamanı nar bağlarında bitkilərin üzərində mənənələrə rast gəlinib. Agentliyin mütəxəssisləri sahibkarlara nar bitkisinin xəstəlik və zərərvericilərlə yoluxması və onlara qarşı aparılan kompleks mübarizə tədbirlərinin həyata keçirilməsi haqqında geniş məlumat veriblər. Bitkiyə qulluq zamanı aqrokimyəvi maddələr və pestisidlərdən istifadə edərək işçi məhlulunun hazırlanması və kimyəvi mübarizə məqsədilə çiləmə apararkən təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunub.
Son xəbərlər
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı