Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində və strukturuna daxil olan qurumlarda çalışan bir sıra əməkdaşlara “Etik davranış qaydaları” mövzusunda təlim keçirilib. Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, təlim Agentlikdə çalışan dövlət qulluqçularının müvafiq fəaliyyət istiqamətlərinə uyğun olaraq, “Konstitusiya Araşdırmalar Fondu”nun vitse-prezidenti Zaur İbrahimov tərəfindən keçirilib. Qeyd edək ki, təlim Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı tədbirlərin icrası məqsədilə təşkil olunub. [gallery ids="52393,52394"]