Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rəşad Mafusov Tokioda keçirilən Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyası və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 10-cu birgə iclasında iştirak edib.
İclasda ikitərəfli münasibətlər çərçivəsində kifayət qədər təcrübəyə malik olan Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdiyi diqqətə çatdırılıb. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin mövcud vəziyyəti, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye parkları və məhəllələrində Yaponiya şirkətlərinin iştirak imkanları müzakirə olunub. Kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil, ətraf mühit sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan məhsullarının Yaponiya bazarına ixrac edilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonra hər iki tərəfdən komissiyada təmsil olunan dövlət və özəl qurumların nümayəndələri təqdimatlarla çıxış ediblər.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı