Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşlarının yerli icra orqanları ilə birgə keçirdiyi reyd zamanı Zaqatala rayonu, Danaçı kəndində vətəndaş Musayev Yusub Abduxaliq oğlu tərəfindən qanunsuz heyvan kəsiminin həyata keçirildiyi aşkar olunub. Aşkar edilmiş faktla bağlı Musayev Yusub Abduxaliq oğlu inzibati məsuliyyətə cəlb edilib. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.