Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.
Bu dəfə Agentlik ölkəmizə idxal olunan qida məhsullarının idxal prosesi ilə bağlı videoçarx hazırlayıb. Maarifləndirici videoçarxda ölkəmizə idxal edilən qida məhsullarının Agentlik tərəfindən risk əsaslı ekspertizaya cəlb olunduğu, məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələr cəlb edildiyi öz əksini tapıb.
Eyni zamanda laborator müayinələrin nəticələrinə görə müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılır. Bundan başqa videoçarxda sahibkarlara idxal etdikləri məhsulların qanunvericiliyin tələblərinə uyğun olmasına və təhlükəsizlik göstəriciləri ilə bağlı məhsulu müşayiət edən sənədlərlə təmin olunmasına görə məsuliyyət daşıdıqları vurğulanıb.
Qeyd edək ki, ölkəmizə idxal olunan qida məhsullarına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti həyata keçirilir və Agentlik fəaliyyətə başladığı gündən bu sahədə geniş maarifləndirmə tədbirləri həyata keçirir.
AQTA qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirlərində fəal iştirakına görə "EMA" MMC-yə təşəkkür edir.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı