"2019-cu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 7,2 faiz, o cümlədən bitkilik məhsulları istehsalı 11,4 faiz, heyvandarlıq məhsullarının istehsalı 3,2 faiz və qida məhsullarının istehsalı 13,9 faiz artıb".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İqtisadi Əməkdaşlıq Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 6-cı iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə təzə meyvə ixracı 21,5, şəkər 49,5 faiz, tütün 2 dəfə, meyvə və tərəvəz şirələri 33,7, çay 7 faiz, marqarin və qida üçün yararlı digər qarışıqlar isə 49,6 faiz artıb: "Hesab edirəm ki, AQTA ilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əməkdaşlıq digər istiqamətlərdə yanaşı, heyvandarlıq sahəsində idxal-ixrac potensialına öz töhfəsini verəcək. 2018-ci ilin 1 iyul tarixində AQTA yaranandan bu günə qədər Avropa İttifaqının qida və yeyinti məhsulları üzrə çevik xəbərdarlıq sistemi vasitəsilə ölkəmizdən Avropa İttifaqına ixrac olunan fındıq məhsullarından 11 dəfə imtina halı müşahidə edilib. Halbuki 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı dövrə qədər bu cür imtina hallarının sayı 36 olub".
Sədr qeyd edib ki, bunlar ölkəmizdə qida təhlükəsizliyi sisteminin yüksələn xətlə inkişaf etməsini və ixrac potensialının artırılmasını göstərir. (APA)
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı