"Bu ilin 9 ayında keçirilən yoxlama tədbirləri zamanı qida obyektlərində tibbi müayinədən keçməyən 593 nəfər işçi müəyyənləşib və onlar tibbi müayinədən keçənə qədər işdən kənarlaşdırılıb". Foodinfo.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.