Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) nümayəndə heyəti arasında görüş keçirilib.

Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, görüşdə ölkəmizin “Elektron fitosanitar sertifikat” (E-fito) sisteminə qoşulması üzrə atılan addımlar və ümümilikdə Azərbaycan Respublikasında son dövrlər qida təhlükəsizliyi və bitki sağlamlığı sahəsində görülən işlər Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirilib.

Görüş zamanı sistemlərin inteqrasiyası zamanı həyata keçirilməsi zəruri olan tədbirlər və keçilməli olan mərhələlər üzrə fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.