AQTİ Mərkəzi Baytarlıq Laboratoriyasının Qax, Sabirabad, Bərdə, Quba regional bölmələrində, Göygöl, Lənkəran və Tovuz regional sınaq laboratoriyalarına baytarlıq sahəsində seroloq, mikrobioloq və virusoloq vəzifələri üzrə ixtisaslaşmış mütəxəssisləri işə dəvət edir.

Foodinfo.az xəbər verir ki, namizədlər laboratoriyada biotəhlükəsizlik və biomühafizə üzrə, eləcə də heyvan xəstəlikləri və onların laborator müayinələri haqqında biliklərə sahib olmalı, baytarlıq üzrə qanunvericiliyin və bu sahədə normativ hüquqi sənədlərin tələblərini bilməlidir. Namizədlərdən müvafiq sahə üzrə iş təcrübəsi, rus və ingilis dili bilikləri tələb olunur.

İşə qəbul müsahibə əsasında aparılacaq. Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə müraciət etdikləri laboratoriyanın adını qeyd edərək, [email protected] e-poçt ünvanına göndərə bilərlər.

CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.