Avropa İttifaqının (Aİ) dəstəyi ilə keçirilən “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində videokonfrans formatında komitə iclası keçirilib. Foodinfo.az xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva layihənin ölkədə bitki sağlamlığı sahəsində görülən işlərə xüsusi töhfə verəcəyini bildirib. Z. Mustafayeva layihənin fitosanitar və sanitar sahədə tədbirlərin təkmilləşdirilməsilə yanaşı, inkişaf etdirilməsi nəzərdə tutulan milli qida qanunvericiliyinə də müsbət təsir göstərəcəyini qeyd edib. İclasda bitki sağlamlığı sahəsində aktual mövzular və mövcud problemlər barədə beynəlxalq ekspertlər və digər tərəflərlə geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, tvininq layihəsinin keçirilməsində məqsəd ölkəmizdə qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdir. Layihə çərçivəsində milli qida qanunvericiliyinin Avropa İttifaqi qanunvericiliyinə daha da uyğunlaşdırılması, bitki mühafizə vasitələrinə nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi, təkmilləşdirilmiş qanunvericilik əsasında qalıq monitorinq proqramlarının hazırlanması, həmçinin İT əsaslı fitosanitar informasiya sisteminin hazırlanması nəzərdə tutulub. [gallery ids="34077,34078,34079"]