Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Foodinfo.az xəbər verir ki, 15-19 iyul 2024-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri, Abşeron, Lənkəran, Masallı və Şirvan rayonları üzrə fəaliyyət göstərən 26 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanan uyğunsuzluqlarla əlaqədar inzibati tədbirlər görülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilən məntəqələrlə AQTA-nın saytında tanış ola bilərsiniz.