Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, rayonun Cəlayir kəndində Qarayevlər ailəsinin həyətində toyuq ölçüsünə və çəkisinə görə fərqli yumurta yumurtlayıb.
Yumurta normadan dörd dəfə böyükdür. Toyuğun sahibi Diləfruz Qarayeva bildirib ki, 30 ildir toyuq saxlayır, belə halla isə ilk dəfədir rastlaşır:
“Bu yumurta məni və ailə üzlərimizi çox təəccübləndirib.Yumurta görünüşünə görə oval formasındadır. Ancaq digərlərindən çox böyükdür. Yumurtanı sındırdıqdan sonra içərisindən daha bir yumurta çıxdı”, - D.Qarayeva bildirib.
Oxu.Az-ın bölgə müxbirinin sorğusuna cavab verən Qax rayon Baytarlıq İdarəsinin rəisi Şövkət Babayev bildirib ki, bu hadisə patoloji hal hesab edilir və çox nadir hallarda baş verə bilər. Səbəbi isə toyuğun yumurtlama dövrünün gecikməsi ilə bağlıdır.
Son xəbərlər
- Qanı “təmizləməyə” kömək edən açıqlandı – mütəxəssisdən tövsiyələr
- Dadlı kabab hazırlamağın sirləri – Şefdən vacib məsləhətlər
- Səhər yeməyi niyə vacibdir? – Günə bunlarla başlamaq tövsiyə olunur
- Bu məhsul orqanizmi cavan saxlayır
- Əhvalınızı düzəldəcək kiçik vərdişlər
- Alimlər B12 vitamininin yeni bir faydasını kəşf ediblər






