Qida Təhlükəsizliyi Agentliyi paytaxtın iki rayonunda reyd keçirib
Foodinfo.az xəbər verir ki, Nizami və Xətai rayonlarında keçirilən reydlər zamanı satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Nizami rayonuRüstəm Rüsətmov küçəsi 72 a və76 ünvanlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində , qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin rəis müavini Elməddin Quliyevin sözlərinə görə, reyd zamanı Qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilib, onlara bu fəaliyyətin təkrarlanacağı təqdirdə inzibati qaydada tədbirlərin görüləcəyi bildirilib.
Agentlik tərəfindən təşkil olunmuş reydlərdə yerli İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki,Nizami rayonunda 3,Xətai rayonunda isə 1 müasir ət kəsimi məntəqələri fəaliyyət göstərir.