Bakıda iki marketdə nöqsanlar aşkarlanıb.

Foodinfo.az xəbər verir ki, bunlar Xətai rayonu, Naxımov küçəsi, ev 15 ünvanında yerləşən “Ricat” market və Binəqədi rayonu, Xocəsən qəsəbəsi, ev 26 ünvanında yerləşən “Netto” marketdir.

AQTA əməkdaşlarının keçirdiyi yoxlamalar hər iki marketdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi müəyynləşib.

Hər iki obyekt sahibi cəzalandırılıb.