Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkar ediblər. Foodinfo.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, obyektə baxış zamanı sexdə işləyən 18 nəfər tibbi maskadan istifadə etmədikləri üçün hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib və onlarla profilaktik söhbətlər aparılıb. Sexi icarə əsasında işlədən Rəfail Əliyevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində araşdırmalar davam etdirilir. [gallery ids="33937,33938,33939,33940,33941,33942,33943"]