Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Agentliyin Foodinfo.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Tağı Arani küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rüstəmov Elşən Tağı oğluna məxsus bitki mühafizə vasitələrinin satış məntəqəsində keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş 14 ədəd ( “Vinifill 24 EC”, “Storione EC”, “Nemazero”, “Closer”) pestisid və aqrokimyəvi maddə aşkar olunub.  Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, bu sahədə qanunvericiliyin tələbləri izah edilib və nöqsanların qısa zamanda aradan qaldırılması barədə göstəriş verilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.