Birləşmiş Ərəb Əmirliklərində qida məhsullarının qiymətləri ucuzlaşmağa davam edir. 
Bu barədə Foodinfo.az xarici KİV-ə istinadən xəbər yayıb.
Qeyd olunur ki, artıq BƏƏ sakinləri qida üçün daha az ödəməli olacaqlar. Buna səbəb ölkədəki inflyasiyanın ən pik həddə çatdıqdan sonra artıq qiymətlərdə endirim yaranmasıdır.
Belə ki, öz güclü valyutası sayəsində BƏƏ məhsulları artıq daha sərfəli qiymətlərə ixrac edir. Bu isə öz növbəsində qiymətlərin enməsinə gətirib çıxarır.

Nurlan