Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 13-də ölkə üzrə 427 ictimai iaşə obyektində 754 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küç., ev 9 ünvanında yerləşən, hüquqi şəxs "Maharaja" MMC-yə məxsus restoran; 2. Bakı şəhəri, Xətai rayonu, General S. Mehmandarov küç., ev 33B ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlyas Kamal oğluna məxsus kafe; 3. Bakı şəhəri, Səbail rayonu, M. Dilbazi döngə 7, qapı 2 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Firuzə Məmmədhüseyn qızına məxsus restoran; 4. Bakı şəhəri, Binəqədi rayonu, Ş. Məmmədova küç., ev 11, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Yusubov Rauf Oruc oğluna məxsus “Street Pub” kafesi; 5. Bakı şəhəri, Xətai rayonu, Xocalı küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Zeynalova Leyla Eldar qızına məxsus “Sumakh” restoranı; 6. Xaçmaz şəhəri, Z.Bünyadov küç., ev 17B ünvanında yerləşən, fiziki şəxs Zeynalov Ramin Zeynal oğluna məxsus “Turan” kafesi; 7. Gəncə şəhəri, Ü. Hacıbəyov küç. ilə Sədi küç.-nin kəsişməsində yerləşən, fiziki şəxs Məmmədov Bayram Məcid oğluna məxsus “Dost Qapısı” restoranı. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görüləcəkdir.