Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, Agentlik əməkdaşları tərəfindən Qəbələ rayonu, Bum qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Qaragözov Nofəl Nurqələm oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, eləcə də sanitariya-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, istehsal olunan çörək məhsulunun qida təhlükəsizliyi tələblərinə uyğun qablaşdırılmadığı və etiketləşdirilmədiyi, etiketləşdirilmədə məhsulun adı, növü, tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərti, istehsalçı adı və ünvanla bağlı məlumatların əks olunmadığı, həmçinin işçi heyətin tibbi müayinədən keçmədiyi müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="48490,48491,48492,48493"]