İngiltərə mediası turistlərin ən çox qida zəhərlənməsi hallarının müşahidə olunduğu ən pis istirahət mərkəzlərinin adlarını açıqlayıb.
Siyahıya Misirin məşhur Hurqad şəhəri başçılıq edir.
"Sick Holiday” araşdırma şirkətinin və "YorkTest” laboratoriyasının araşdırmalarına görə, 2017-ci ilin əvvəlindən bu yana Hurqadda 380 turist qida zəhərlənməsilə üzləşib.
Anti-reytinqin növbəti pilləsində Dominikan Respublikasındakı "Punta-Kana” qərarlaşıb. Orada isə 211 nəfər zəhərlənib.
İlk üçlüyə məşhur "Playa-del Karmen” istirahət guşəsinin daxil olduğu Meksikadakı Riviera-Maya sahilləri daxildir. Burada 182 nəfərdə xəstələnmə qeydə alınıb.
İlk onluqda Türkiyənin Antalya, Meksikanın Kankun, Kabo-VerderBoa-Vişta, Sal adaları, Mərakeşin "Marokkan”, İspaniyanın "Mayorka” və "Benidorm” istirahət mərkəzləri yer alır. (medicina)
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı