Hacıqabulda tərəvəz yığımının sürəti günbəgün artır. Məhsul istehsalçıları becərdikləri sahələrdən bu günədək 2 min 812.3 ton məhsul tədarük ediblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin yazında hacıqabullu əkinçilər 518.3 hektar sahədə tərəvəz əkiblər. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplayırlar. Fermerlər bu günədək 238.3 hektar tərəvəz sahəsindən 2 min 812.3 ton məhsul yığıblar. Tədarük olunan məhsulun 346.7 tonunu xiyar, 1560.6 tonunu pomidor, 887.5 tonunu badımcan, 17.5 tonunu isə bibər təşkil edir.
Rayonda tərəvəz yığımı davam edir.