Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Foodinfo.az xəbər verir ki, idxalatçı şirkətin müraciəti əsasında Türkiyə Respublikasından idxal olunan “Azilaqro” MMC-yə məxsus 50 qram pomidor toxumundan Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Faktla bağlı karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş toxum barədə məhsulların zərərsizləşdirilməsi, məhv edilməsi və ya geri qaytarılması barədə qərarlar qəbul olunub, məhsul partiyası məhv edilib.