Enerji içkilərini isti havada içmək təhlükəlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə həkimi Maksim Maskin xəbərdarlıq edib.
Onun sözlərinə görə, bütün enerji içkilərinin tərkibində sağlamlıq üçün üç təhlükəli komponent var.
Bu komponentlərdən biri insana gümrahlıq və enerji verən kofeindir. Bəzi enerji içkilərində adi bir fincan qəhvədən daha çox kofein var ki, bu da yüksək təzyiqə və sürətli ürək döyüntüsünə səbəb ola bilər.
Enerji içkilərinin digər təhlükəli tərkib hissəsi kofeinlə birləşdikdə orqanizmə ikili stimullaşdırıcı təsir göstərən quaranadır.
Bundan əlavə, bu içkilər tövsiyə olunan gündəlik normadan artıq miqdarda şəkər ehtiva edir.
Maskin xəbərdarlıq edir ki, isti havada ürək və böyrəklərə daha çox yük düşür, bu səbəbdən də enerji içkiləri içmək xüsusilə təhlükəli ola bilər.
Leyla