Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, AQTA əməkdaşları tərəfindən İsmayıllı rayonu, Bizlan kəndində fəailiyyət göstərən, fiziki şəxs Hümbətov Zaur Nazim oğluna məxsus “Səma” kafesində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimdən istifadə etmədiyi müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.