Cücərmiş və yaşıllaşmış kartofun tərkibində insan sağlamlığı üçün təhlükəli olan solanin alkaloidi var. Belə kartofları bişirməzdən əvvəl bütün cücərtiləri və yaşıl hissələri kəsməlisiniz.
Foodinfo.az xəbər verir ki, bu barədə Taxılın Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzinin laboratoriya mütəxəssisi Oksana Qorenkova NEWS.ru-ya müsahibəsində məlumat verib.
"Heç vaxt cücərmiş və ya yaşıl kartof yeməyin, həmişə cücərmiş və ya yaşıl hissələrini kəsin. Yaşıl rəng və cücərtilər insanlar üçün ciddi təhlükə yaradan kartof alkaloidinin, solaninin yüksək miqdarda olduğunu göstərir", - deyə texnoloq xəbərdarlıq edib.
Artıq dozada solanin ehtiva edən kartofdan zəhərlənmə qida infeksiyasının kifayət qədər yaygın bir növüdür. Onun müxtəlif ağırlıq dərəcələri var: yüngül narahatlıqdan tutmuş sağlamlığa sağalmaz zərərə və hətta ölümə qədər.
Leyla