Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Yusifov Ağasayıl Əliağa oğluna məxsus “Ocaq” marketdə aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, mal qonşuluğu pirinsipinə əməl olunmadığı və yararlılıq müddəti bitmiş qida məhsullarının satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar satışdan çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="52373,52374,52375"]