Türkiyə məktəblərində yerləşən yeməkxanalara qadağalar tətbiq olunacaq.
Sentyabrın 16-dan etibarən, Milli Təhsil Nazirliyinə bağlı olan bütün dövlət və özəl məktəblərin yeməkxanaları, kafeləri, bufetləri və çay köşkləri kimi müəssisələrdə satılacaq qidalar məktəbli loqosu ilə təqdim olunacaq. Loqo tətbiqinin məqsədi uşaqların etibarlı qidalarla balanslı və kifayət qədər bəslənməsini təmin etmək üçün məktəb qidalarında ümumi brendin yaradılmasına, məktəblilərin şüurlu şəkildə qida istehlakı haqqında məlumat əldə etməsinə nail olmaqdır.
SATILMAYACAQ
Enerji içkiləri, qazlı içkilər,idman şirələri, meyvə nektarı, meyvə suyu konsentratı,
Qovurma,
Çipsi,
Bütün şokolad növləri, gofretlər,
Hər növ şəkər və şirniyyat məhsulları,
Bol kremli, jeleli şiniyyat və tortlar
Xəmir, şərbət çərəzləri
SATILACAQ
Meyvələr, xam istehlak olunan tərəvəzlər, salatlar,
Quru meyvələr,
Fındıq, (duzsuz, qabıqsız)
İçməli su,
Süd
Yeni sıxılmış meyvə və tərəvəz suyu,
Qatıq,
Ayran,
Pendir,
Gündəlik qaynadılmış yumurta,
Buğda çörəyi, təzə pomidor, yerkökü, kahı, istiot və s. tərəvəzlərdən hazırlanmış yağsız sendviçlər. Qida və İçkilər.
Ticarət naziri Ruhsar Pekcan məktəb alış-verişindən əvvəl ailələrə diqqətli olmaları haqqında xəbərdarlıq edib. CE nişanına və EN 71 standartına sahib olmayan məhsullarda ehtiyatlı olmalarını, məhsul seçərkən istehsalçı və idxal edən şəxsin tam adı və ünvanı olan qidalara üstünlük vermələrini tövsiyyə edib. (banco.az)
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı