Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Oğuz şəhəri, H.Əliyev prospekti, ev 9 ünvanında fəaliyyət göstərən fiziki şəxs Salmanov Saleh Valeh oğluna məxsus ət satışı məntəqəsində planlı yoxlama aparılıb. Yoxlama zamanı məntəqənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi aşkar olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
[gallery ids="51520,51521"]