Daşkənddə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində sanitar və fitosanitar tədbirləri üzrə işçi qrupunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq təşkilatların da nümayəndələri iştirak edib.
Ölkəmizi iclasda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin şöbə müdiri Xoşqədəm Ələskərova və Respublika Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi rəisinin müavini Elşad Məmmədov təmsil ediblər.
Tədbirdə CAREC və onun hüdudlarından kənarda sanitar və fitosanitar məsələlərinin modernləşdirilməsi üzrə səylərin dəstəklənməsi, ticarət üçün yetişdirilən bitkilərin və heyvanların, həmçinin digər yeyinti məhsullarının təhlükəsizliyi, ticarətə kömək məqsədilə sanitar və fitosanitar obyektlərin modernləşdirilməsi, instutusional məsələlər, onların həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.
Azərbaycan nümayəndələri müzakirələrdə bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlər haqqında məlumat veriblər.