Bakıda məşhur şadlıq sarayı cərimələnib.

Foodinfo.az xəbər verir ki, AQTA əməkdaşlarının keçirdiyi yoxlama zamanı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Oskar” şadlıq sarayında nöqsanlar aşkarlanıb.

Belə ki, obyektdə sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi üzə çıxıb.

Şadlıq sarayının sahibi Fərhad Qüdrətli barəsində inzibati protokol tərtib olunub.