Prezident İlham Əliyev "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin təltif edilməsi haqqında" sərəncam imzalayıb. Foodinfo.az  xəbər verir ki, sərəncamla ölkədə qida təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin aşağıdakı işçiləri təltif ediliblər: “Tərəqqi” medalı ilə Dadaşova Xəyalə Xalıqverdi qızı Əbdüləliyev Qalib Hümmət oğlu Əbdüləzimov Asif Hilal oğlu Kərimov Zaur Rəvvaq oğlu Piriyev Mansur Şahmar oğlu Şərifov Əziz Əşrəf oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Mərdiyev Fuad Məharət oğlu Salamov Emin Müzəffər oğlu.