Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri ilə birgə qəhvəyi mərmər bağacığının yayıldığı ərazilərdə və sirayətlənmə ocaqlarında, eləcə də qışlama yerlərində monitorinqlər aparılır. Monitorinqlər zamanı aşkar edilmiş fərdlərin mexaniki və kimyəvi məhv edilməsi həyata keçirilir. Zərərvericiyə qarşı səmərəli mübarizənin aparılması məqsədilə kənd sakinləri, fermerlər, torpaq istifadəçiləri ilə maarifləndirici söhbətlər aparılır, onları maraqlandıran suallar cavablandırılır, müşahidənin və mübarizənin aparılması əyani nümayiş etdirilir və maarifləndirici bukletlər paylanılır.
Qeyd edirik ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaları, müvafiq tədbirlər həyata keçirmələri xahiş olunur. Regional Əlaqələndirmə Mərkəzlərinin “Qaynar Xətti”nə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumat əldə edə bilərlər.
Əlaqə üçün: (+994 99) 708 85 88 (Qərb rayonları üzrə)
(+994 99) 308 85 88 (Şimal qərb rayonları üzrə)