Dünya bazarında ərzaq qiymətlərində ardıcıl 11 aydır azalma müşahidə olunur.
Foodinfo.az xəbər verir ki, bu barədə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat verib.
FAO-nun qida qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6 faiz azalaraq 129,8-ə bərabər olub.
Belə ki, ötən il başlayan Rusiya-Ukrayna müharibəsindən sonra qida qiymətləri record həddə qalxmışdı. Sözügedən tarixdən bu günə qədər olan azalma isə ümumilikdə 18,7 faizə çatıb.
Qurumdan qeyd olunur ki, dünyada fevrral ayında şəkərin qiyməti 6,9 faiz artsa da, bitki yağlarının 3,2, süd məhsullarının isə 2,7 faiz ucuzlaşması ümumi indeksdə azalmaya səbəb olub.
Leyla