Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar. Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 10 min 599,8 hektar taxıl sahəsindən 42 min 56,1 ton məhsul əldə edilib. Məhsulun 25 min 620 tonu buğda, 16 min 436,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 42,3 sentner, arpa sahələrində isə 36,2 sentner olub. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 0,7 sentner, arpanın məhsuldarlığı isə 2,5 sentner çoxdur. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır. Qeyd edək ki, 2020-ci ilin məhsulu üçün Tərtər rayonunda 10 min 599,8 hektar sahədə taxıl becərilib. Ondan 6056,9 hektarı buğda, 4542,9 hektarı arpa əkinləridir.