Təzə sağılan, çiy süd içmək təhlükəlidir.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mariyat Muxina xəbərdarlıq edib.

Onun sözlərinə görə, belə süddən təhlükəli xəstəlik olan brusellyoza yoluxma riski mövcuddur.

Diyetoloq pasterizə edilmiş, sterilizə edilmiş və ya ultra pasterizə olunmuş südlərə üstünlük verməyi tövsiyə edir, çünki onlar zərərsizləşdirilir və tərkibində brusellyoza səbəb ola biləcək bakteriyalar yoxdur.

Həkim təzə sağılmış südü dadıb içməyi qəti qadağan edib. Brusellyoz heyvanlardan insanlara keçir, bədənin müxtəlif orqan və sistemlərinə, o cümlədən beyinə mənfi təsir edə bilər. Beyin zədələnməsi isə paranoyya kimi psixoloji pozğunluqlara səbəb ola bilər.

Nərmin