Son dövrlərdə dəniz duzu sağlam seçim kimi təqdim olunur. Foodinfo.az bildirir ki, hər iki duz növünün tərkibində əsasən natrium xlorid olur. Dəniz duzunun fərqi onun daha iri dənəli olması və bəzən minerallarla zənginləşdirilməsidir. Lakin bu minerallar miqdarı çox azdır və sağlamlıq üçün real üstünlük yaratmır.

Adi duz isə yodla zənginləşdirildiyi üçün qalxanabənzər vəzin düzgün fəaliyyəti baxımından daha faydalıdır. Dəniz duzu yod çatışmazlığı riski olan insanlar üçün əlverişli olmaya bilər. Eyni zamanda hər iki duz növü normadan artıq istifadə edildikdə qan təzyiqi və ürək-damar problemləri yarada bilər.

Əsas məsələ hansı duzdan istifadə olunmasından çox, onun miqdarıdır. Günlük qəbul bir çay qaşığını keçməməlidir. Mətbəxdə müxtəlif duzlar seçmək mümkündür, amma sağlamlıq üçün az və məqsədli istifadə önəmlidir.