Rusiyanın Keyfiyyətə nəzarət departamenti satışda və restoranlarda olan 20 ticari adda naqqetsləri analiz edib.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticəsində 19 markanın naqqetslərində ağır metallar, toksiki elementlər, orqanizm üçün təhlükəli maddələr aşkarlanmayıb. Lakin 2 adda kulinar məhsulda zərərli mikoorqanizmlərin sayı çox olub. “Zolotoy petuşok” naqqetslərində isə bağırsaq çöpləri aşkarlanıb.
Digər 2 adda naqqetsdə isə yumurta sürfələri və bakteriyalar aşkar edilib.
Bu kimi məhsullarda bakteriyalar 100 dərəcə termiki işləmədə 30-40 dəqiqə ərzində ölür.
Bir neçə brendin yarımfabrikat ət məhsulunda isə qızılı stafilakokk tapılıb.
Departamentdən bildirilib ki, mikroorqanizmlərin məhsulda olması heç də həmişə istehsalçının günahı deyil. Məhsulun saxlanması, daşınması, satıldığı mağaza və marketin qaydalara əməl etməməsi də məhsulu korlayır.
Bundan öncə toyuq naggetslərində normadan artıq antibiotik qalıqları da aşkar edilmişdi.