"Taxıl sazişi" sayəsində dünya qida təhlükəsizliyi mühafizə altındadır. Foodinfo.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Dənli Bitkilər Konqresinin idarə heyətinin sədri Özkan Taşpınar deyib.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öndərliyində imzalanmış saziş dünya üçün mühüm önəm daşıyır. Bu saziş sayəsində ərzaq qiymətləri azalıb.
"Ölkəmizin sayəsində reallaşan bu sazişlə taxıl qiymətləri 450 dollardan 300 dollara qədər azaldı", - deyə Taşpınar bildirib.
Nurlan