Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ISO 17025 2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səmərəli təşkilinə dair beynəlxalq standartlar” mövzusunda təlim keçirilir.
Türkiyə Standartlar İnstitutunun eksperti Murat Kavrukun keçirdiyi təlimdə iştirakçılara sınaq və kalibrləmə laboratoriyalarında müasir xidmətin təşkili, dünyada bu sahə üzrə tətbiq olunan son texnologiyalarla bağlı məlumat verilib. Təlimdə sınaq və kalibrləmə laboratoriyalarında işlərin keyfiyyətinin yaxşılaşdırılması metodları, bu sahədə beynəlxalq təcrübə ilə bağlı aktual məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda yeni qida təhlükəsizliyi mexanizminin formalaşdırılmasında ayrı-ayrı ölkələrin müvafiq qurumları ilə təcrübə mübadiləsinin aparılamsının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, təlim bu ilin mayında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türkiyə Standartlar İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında keçirilir.
Qeyd edək ki, təlim oktyabrın 4-dək davam edəcək.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı