Ukrayna Türkiyə və Birləşmiş Millətlər Təşkilatından taxıl icracına dair anlaşmanın uzadılması üçün görüşlərə başlanılmasını istəyəcək. Foodinfo.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Bu həftə yeni sazişlə bağlı danışıqların başlanması üçün tələb irəli sürəcəyik”, - deyə Ukraynanın İnfrastruktur nazirinin müavini Yuri Vaskov bildirib.
O qeyd edib ki, Ukrayna sazişin müddətinin 120 gün deyil, bir il uzadılmasını istəyir.
Fərid