Bir çox insan üzümləri sevir. Foodinfo.az Belnovosti.by-yə istinadən xəbər verir ki, bu giləmeyvə çox dadlıdır, lakin ən əsası sağlamlıq üçün faydalıdır.

Ancaq bəziləri meyvələrin yalnız toxumsuz yeyilə biləcəyinə inanırlar. Əslində toxum antioksidantlarla zəngindirlər.

Mütəxəssislər üzüm toxumlarının tərkibində çoxlu vitamin, fosfor, kalsium, natrium, maqnezium və kalium olduğunu bildirirlər.

Bundan əlavə, onların tərkibində protein, doymamış və doymuş yağ turşuları, fitosterollar, flavonoidlər və amin turşuları var. Eyni zamanda, üzüm toxumları aşağı kalorilidir - 100 qr üçün yalnız 62-65 kalori.