Şöbə üzrə ilin ən yaxşı işçisinin adı açıqlanıb Bu gün “Veysəloğlu” Şirkətlər Qrupunun İctimayyətlə Əlaqələr Şöbəsinin 2017-ci il üzrə ən yaxşı əməkdaşının adı açıqlanıb. Foodinfo.az xəbər verir ki, bu, şöbənin işçisi Rəhim İsmayılovdur. R.İsmayılov hazırladığı korporativ, loqo və məhsul dizaynlarına görə, həmçinin məsuliyyət və işinə diqqətli yanaşmasına görə şöbə üzrə ilin ən yaxşı işçisi seçilib. Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupu 1994-cü ildə fəaliyyət göstərir. Şirkətlər Qrupunun İctimayyətlə Əlaqələr Şöbəsinə tanınmış jurnalist İlham Məmmədzadə rəhbərlik edir. Foodinfo.az