Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və bu sahə ilə bağlı qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Foodinfo.az-ın məlumatına görə, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Zaqatala rayonunda yerləşən, Alim Elmin oğlu Qurbanova məxsus məntəqədə yoxlama təşkil edilib. Yoxlama zamanı baytarlıq-sanitariya ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi aşkarlanıb. Faktla bağlı məntəqədə ət satışının dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib, sahibkarlıq subyekti isə inzibati məsuliyyətə cəlb olunub. AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətlərə yol verməməyə çağırır.