MADO qonaqlarının ən sevimli şirniyyatlarından biri – Maraş dondurma, bütün mövsümlərdə məmnuniyyətlə istifadə edilə bilən bir desert. Təzə süddən, yüksək keyfiyyətli məhsullardan hazırlanan bu deserti yalnız uşaqlar deyil, böyüklər də çox sevir. Hazırda menyumuzda hər zövqə uyğun müxtəlif dadda dondurmalar vardır – antep fıstıqlı, damla şokoladlı, bal-badamlı, böyürtkənli, qara tutlu, moruqlu, çiyələkli, karamelli, limonlu, portağallı, bananlı, şokoladlı, manqolu, kivili və digərləri. Maraş dondurması bir çox ənənəvi türk və xüsusi MADO desertlərinin tərkibində də vardır. Kağız halva arası dondurma, Maraş dondurmalı havuç dilim, çıtır kadayıf arası dondurma, qızardılmış dondurma, dondurmalı irmik halvası, dondurmalı tortlar və bir çox digərləri ilin bütün aylarında qonaqlarımız tərəfindən seçilən və sevilən şirniyyatlarımızdır.  MADO-da ləzzətlə görüşün!