Türkiyədə 2018-ci il iyunun 24-də prezident seçkiləri günü alkoqollu içkilərin satışı qadağan ediləcək.
Bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının şənbə günü yaydığı sənəddə deyilir.
Məlumatda deyilir ki, seçki keçirilən gün səhər saat 06:00-dan gecə saat 00:00-a qədər bütün Türkiyə ərazisində alkoqollu içkilərin satışı qadağan olunacaq.
Seçkilər günü ölkədə həmçinin kafe və əyləncə mərkəzlərinin də bağlı olacağı qeyd olunur. (Trend)