Azərbaycan 2022-ci ilin ilk dörd ayında  Almaniyaya ixrac etdiyi meşə fındığının həcmini kəskin artırıb. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, yanvar-aprel ayları ərzində Almaniyaya 1 423 ton həcmində qabığı təmizlənmiş meşə fındığı ixrac edilir. İxrac edilmiş meşə fındığının ixrac dəyəri 9 milyon 038.35 min ABŞ dolları təşkil edib. Bununla da öncəki ildən 67% çox olub. Bu da qeyd edilməlidir ki, Azərbaycan bu il keçən ilkindən daha ucuz satıb. Məsələn, cari ilin ilk dörd ayında Almaniyaya satəlan fındığın hər tonu 6 352 ABŞ dolları olduğu halda bu, ötən ilin eyni dövründə 7 191 dollar idi.