
Ananas sağlamlıq üçün çox zəngin faydaları olan tropik meyvədir. Onun tərkibində bromelain adlı ferment var ki, bu maddə iltihab əleyhinə təsir göstərir və xüsusilə artrit, osteoartrit kimi oynaq xəstəliklərində ağrıları azaltmağa kömək edir.
Foodinfo.az xəbər verir ki, ananas həmçinin həzmi yaxşılaşdırır, mədə turşusunu tənzimləyir və qəbizliyin qarşısını alır. Güclü antioksidant qaynağı olduğu üçün ürək-damar xəstəliklərinin, yüksək qan təzyiqinin və xolesterinin qarşısını almaqda mühüm rol oynayır.
C vitamini ilə zəngin olması immunitet sistemini gücləndirir, bədəni virus və infeksiyalardan qoruyur.
Eyni zamanda, bronxit, sinusit və digər tənəffüs yolu iltihablarında bəlğəmi azaltmağa və nəfəs yollarını açmağa kömək edir.
Ananasın tərkibindəki liflər və su yüksəkliyi bədənin təmizlənməsini dəstəkləyir, dərini gözəlləşdirir və enerji səviyyəsini artırır.
Müntəzəm istehlakı xərçəng riskini azaltmağa da kömək edir.