
Sağlamlıq üçün faydalı olan bir çox təbii məhsullar arasında bəhməzin xüsusi yeri var. Amma onun təsirini qat-qat artıran bir qarışıq var ki, bu da soyuqdəymə, öskürək, balğam və zəif immunitetə qarşı əsl təbii müdafiə vasitəsidir. Pekmez, limon suyu və qara bibərdən ibarət bu qarışım sağlamlıq üçün əsl möcüzə hesab olunur.
Milli.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu üçlü qarışım immun sistemini gücləndirir, bədəni enerji ilə təmin edir və xəstəliklərə qarşı müqaviməti artırır. Bəhməzin tərkibindəki zəngin dəmir və vitaminlər qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir və orqanizmin enerji səviyyəsini yüksəldir. Limon suyu isə C vitamini baxımından zəngin olmaqla yanaşı, immuniteti gücləndirir, orqanizmi toksinlərdən təmizləyir. Qara bibər isə tərkibindəki piperin sayəsində C vitamininin mənimsənilməsini asanlaşdırır, həzmi yaxşılaşdırır və detoks təsiri göstərir.
Bu qarışım təkcə immun sistemini deyil, eyni zamanda sümükləri də gücləndirir. Bəhməzin tərkibindəki minerallar sümüklərin möhkəmlənməsinə və erkən yaşlanmanın qarşısının alınmasına dəstək olur. Qara bibərin iltihabəleyhinə xüsusiyyətləri və limonun antioksidant tərkibi ilə birlikdə bu qarışım orqanizmə ümumi fayda verir.
Mütəxəssislər, bu qarışımın gündəlik olaraq bir çay qaşığı təzə üyüdülmüş qara bibər, yarım limonun suyu və bir çay qaşığı bəhməzdən hazırlanaraq istifadə olunmasını tövsiyə edir. İstəyə görə üzərinə isti su əlavə edilərək içilə bilər. Lakin qarışımın turşuluğu bəzi şəxslərdə mədədə narahatlıq yarada biləcəyi üçün, həddindən artıq istifadə edilməməsi və sağlamlıq problemi olan şəxslərin həkimlə məsləhətləşməsi tövsiyə olunur.
Bu təbii qarışım xüsusilə qış aylarında orqanizmi qoruyur, öskürək və balğam kimi tənəffüs yolu problemlərinə qarşı effektiv təsir göstərir, həmçinin enerji səviyyəsini artıraraq günə zindelik qatır.